İcra başçısı körpə fidanların bayram şənliyində iştirak etdi – FOTOLAR

01 iyun 2021-ci il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tədbirdə iştirak edib, gələcəyimiz olan uşaqlara cansağlığı, xoşbəxt həyat, sevinc dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb.
Körpələr evi-Uşaq bağçasında balaca fidanlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndiriblər.
Həmçinin şəhid, qazi övladlarına və sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim olunub.
Tədbir ( COVİD-19) pandemiya qaydalarına uyğun həyata keçirilib.

 

 

 

 

 

 

Rəylər