Levon Ter-Petrosyan Nikol Paşinyanla teledebatdan imtina etdi

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla teledebatdan imtina edib.
Bunu sabiq dövlət başçısının mətbuat katibi Arman Musinyan feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, bir müddət əvvəl N.Paşinyan Levon Ter-Petrosyan və keçmiş prezident Robert Koçaryana iyunun 18-də, növbədənkənar parlament seçkilərinə iki gün qalmış İctimai Televiziyanın efirində Qarabağ mövzusu ilə bağlı teledebat keçirməyi təklif edib.
R.Koçaryan onun təklifinə hələ rəsmi cavab verməyib.
Rəylər