Nigeriyada silahlılar kəndlilərə hücum edib, 12 nəfər ölüb, 10 nəfər yaralanıb

Nigeriyanın Zamfara əyalətində silahlıların hücumu nəticəsində 12 kənd təsərrüfatı işçisi ölüb, 10 nəfər yaralanıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı yerli KİV yayıb.

Zamfara əyaləti polis idarəsi hadisə ilə bağlı hələ ki, açıqlama verməyib.

Məlumata görə, hadisə əyalətin Gusau rayonunda olub.

Bir müddət əvvəl Nigeriya prezidenti Məhəmməd Buhari təhlükəsizlik problemlərinə görə əyaləti “uçuşa qadağan” bölgə elan edərək orada mədənçilik işlərinin görülməsini məhdudlaşdırmışdı.

Rəylər