Tokio-2020: Bəhreynli idmançının nəticəsi dopinqə görə ləğv edilib

Tokio-2020 Yay Olimpiya Oyunlarının marafon yarışında iştirak etmiş Bəhreyn idmançısı El Hassan El Abbassinin nəticəsi ləğv edilib.

“Report” “Athletics Integrity Unit” nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı idmançı anti-dopinq qaydalarını pozmaqda ittiham edilir.

O, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının Antidopinq Məcəlləsinin 2.1 və 2.2 maddəsi ilə günahlandırıb.

Qeyd edək ki, El Hassan El Abbassi yarışı 25-ci sırada bitirib. Atlet 2014-ci ildəki Asiya Oyunlarında 10 min metr məsafəyə qaçışda qızıl, 2018-ci il Asiya çempionatında isə gümüş medal qazanıb.

Rəylər