“Reseptləri atın kənara, zoğal yeyin” – Brilliant Dadaşova həkimlərə üsyan etdi

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub.

AZXEBER.COM xəbər verir ki, bu haqda müğənni sosial media hesabındaaçıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:

“Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərinyazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar”.

Rəylər