Rusiya Prezidenti ABŞ-ı qoşunlarını Əfqanıstandan çıxardığı üçün qınayıb

Rusiya Prezident Vladimir Putin ABŞ başda olmaqla Qərb bloku koalisiyasını qoşunlarını Əfqanıstandan çıxardığı üçün ittiham edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşəkilatının (KTMT) Düşnbədə keçirilən sammitinin açılışında bildirib.

Toplatıya videoformatda qatılan Rusiya lideri ABŞ-ın qoşunlarını Əfqanstandan çıxarmasını “yumuşaq ifadə etsək, tələsigənlik” adlandırıb. Onun sözlərinə görə, bunun nəticəsində regionda təhlükəli vəziyyət yaranıb.

Rusiya Prezidenti qeyd edib ki, Əfqanıstandakı vəziyyət KTMT-yə üzv ölkələri üçün də riski artırıb: “Bu səbəbdən təşkilat öz ərazisində sabitliyi dəstəkləmək müdafiə və siyasi potensialından istifadə etməyə hazır olmalıdır”.

Qeyd edək ki, sentyabrın 16-da Düşənbədə KTMT-nin sammiti başlayıb. Rusiya Prezidenti Vladimir Putin koronavirusa görə özünütəcrid rejiminə keçib. Bu səbəbdən də iclasa qatılmayıb. Toplatının işlərində videoformatda iştirak edir.

Rəylər