Azərbaycanın qızıl ixracından gəliri avqustda 16 % azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 140,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,6 % çoxdur.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin sentyabr sayında bildirilir.

Sənədə əsasən, 8 aylıq ixracın 23,4 milyon dolları avqust ayının payına düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 % azdır.

Rəylər