Ermənistanda daha 69 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 1675 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 324 039 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 69 nəfər ölüb. Bununla da ölənlərin sayı 6831-a çatıb.

Rəylər