Saakaşvilinin tərəfdarları Tbilisidə aksiyalar keçirir, saxlanılanlar var

Tbilisidə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin binası qarşısında etiraz aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, iştirakçılar keçmiş Prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunmasını tələb edirlər.

Aksiyada etirazçılar və polis arasında qarşıdurma baş verib. Nəticədə bir neçə iştirakçı saxlanılıb və patrul polisi maşınları ilə ərazidən uzaqlaşdırılıb.

Eyni tələbli aksiyalar Gürcüstanın Ədliyyə və Səhiyyə Nazirliklərinin qarşısında da təşkil olunub. Polis əməkdaşları canlı sədd yaradaraq binalara girişləri bağlayıblar.

Rəylər