Audiovizual media subyektləri üçün verilən lisenziyalar açıqlanıb

Azərbaycanda audiovizual media subyektləri üçün verilən lisenziyalar məlum olub.

“Report”un xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, yerüstü yayımçılara aşağıdakı lisenziyalar verilir:

1. ümumölkə yerüstü televiziya yayımçısı lisenziyası;

2. regional yerüstü televiziya yayımçısı lisenziyası;

3. ümumölkə yerüstü radio yayımçısı lisenziyası;

4. regional yerüstü radio yayımçısı lisenziyası.

Platforma yayımçılarına aşağıdakı lisenziyalar verilir:

1. peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası;

2. peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası.

Sifarişli yayım xidməti provayderinə sifarişli yayım xidməti provayderi lisenziyası verilir.

Platforma operatorlarına aşağıdakı lisenziyalar verilir:

1. sadə platforma operatoru lisenziyası;

2. universal platforma operatoru lisenziyası.

Multipleks operatoruna multipleks operatoru lisenziyası verilir.

Rəylər