DSMF “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank”a 22 mln manat ödəyəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) bank xidmətləri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” ASC-lərdir.

Qalib banklara müvafiq olaraq 11,053 milyon manat və 11,025 milyon manat, ümumilikdə isə 22,078 milyon manat ödəniləcək.

Rəylər