Şəkidə ikimərtəbəli ev yanıb

Şəkidə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “Report”a verilən məlumata görə, Qozlubulaq kəndində ümumi sahəsi 242 m² (hər mərtəbəsi 121 m2) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 96 m² sahədə, ikinci mərtəbəsində 1 otağın, aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 121 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rəylər