Qarabağ separatçılarına həsr olunan filmlər “Oskar”ın siyahısına daxil edilməyib

Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı-terrorçu rejiminin tör-töküntülərindən bəhs edən iki filmin Amerika Kinoakademiyasının “Oskar” mükafatına namizdələr siyahısına daxil edilməsi üçün göstərilən cəhdlər uğursuzluğa düçar olub.

“Report” “Novosti Armeniya” istinadən xəbər verir ki, müsabiqədə nominasiyalar üzrə mübarizə aparacaq ekran əsərləri arasında ermənilərdən həbs edən kinolar olmayacaq.

Məlumata görə, “Külək sakitləşəndə” adlı birinci filmin rejissoru erməni əsilli Nora Martirosyandır.

“45 gün: Millət uğrunda mübarizə” adlı sənədli “ekran əsəri”ni isə britaniyalı jurnalist Emil Qessen lentə alıb.

Hər iki film Qarabağdakı erməni separatçılarına həsr edilib.

Rəylər