Tbilisinin ictimai nəqliyyatı yeni ödəniş sisteminə keçəcək

Gürcüstanın paytaxti Tbilisidə ictimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün yeni sistem tətbiq olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, sərnişinlər limitsiz abunə sistemindən 2022-ci ilin fevralın 1-dəm etibarən istifadə edə biləcəklər.

Yeniliyə əsasən, avtobus, metro və “marşrut” taksilərində birdəfəlik gediş haqqı 1 lari təşkil edəcək.

Limitsiz abunə kartları müxtəlif müddətli – 1 günlük (3 lari), həftəlik (20 lari), aylıq (40 lari), 3 aylıq (100 lari), yarım illik (150 lari) və illik (250 lari) olacaq. Onlar yanvarın 5-dən satışa çıxarılacaq.

Qeyd edək ki, hazırda Tbilisidə ictimai nəqliyyatda birdəfəlik gediş üçün 50 tetri ödənilir.

Rəylər