İtaliya A Seriyasının 4 oyunu təxirə salınıb

İtaliya A Seriyasının XX turunun 4 oyunu təxirə salınıb.

“Report” “Sky Sports Italia” nəşrinə istinadən xəbər verir ki, buna futbolçular arasında koronavirusa yoluxmanın artması səbəb olub.

Bu gün keçirilməli olan “Bolonya” – “İnter”, “Atalanta – “Torino”, “Fiorentina” – “Udineze”, “Salernitana” – “Venetsiya” qarşılaşmaları qeyri-müəyyən müddətə ertələnib.

“Udineze” kütləvi yoluxma ucbatından komandanın karantinə alındığını elan edib. Klub yanvarın 9-da “Atalanta” ilə görüşün təxirə salınmasını da istəyib.

Rəylər