Qırğız parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı iclası baş tutmayıb

Qırğız Respublikası parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı xüsusi iclası baş tutmayıb.

“Report” xəbər verir ki, bunu qanunveriuci orqanın sədri Talant Mamıtov deyib.

Onun sözlərinə görə, parlamentin 90 deputatından yalnız 40-ı qeydiyyatdan keçib. Nəticədə iclasın başlaması üçün yetərsay toplanmayıb.

Məlumata görə, fövqəladə iclasda deputatlar Qırğız Respublikası hərbçilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana göndərdiyi sülhməramlı missiyasında iştirakı məsələsi müzakirə ediləcəkdi.

Rəylər