AMEA prezidentinin maaşı artırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə öz əksini tapıb.

Qərara əsasən, AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimidir:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı

(manatla)

1. AMEA-nın prezidenti 3084
2. AMEA-nın 1-ci vitse-prezidenti 2136
3. AMEA-nın vitse-prezidenti, akademik katibi 1974
4. AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibi 1476
5. İdarə rəisi 1428
6. AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini 1380
7. İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi 1176
8. Qeyri-əsas şöbənin rəisi, sektor müdiri 858
9. Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi 810
10. Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 756
11. Aparıcı mütəxəssis 684
12. Mütəxəssis 624

Əvvəllər isə AMEA-nın Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi idi:

Sıra

№-si

Vəzifələrin adı Aylıq vəzifə maaşı

(manatla)

1 2 3
1. AMEA-nın prezidenti 2570
2. AMEA-nın 1-ci vitse-prezidenti 1780
3. AMEA-nın vitse-prezidenti, akademik katibi 1645
4. AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibi 1230
5. İdarə rəisi 1190
6. AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini 1150
7. İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi 980
8. Qeyri-əsas şöbənin rəisi, sektor müdiri 715
9. Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi 675
10. Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 630
11. Aparıcı mütəxəssis 570
12. Mütəxəssis 520

Qeyd edək ki, Baş nazir Əli Əsədov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılması haqqında qərar imzalayıb.

Rəylər