Rusiyada daha 698 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 698 nəfər artaraq 323 376-ya yüksəlib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 33 899 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 899 411 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 925 855 nəfər sağalıb.

Rəylər