“Qarabağ”ın “Marsel”lə oyun üçün səfər proqramı açıqlanıb

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Fransada “Marsel”in qonağı olacaq “Qarabağ”ın səfər proqramı bəlli olub.

Klubdan “Report”a verilən məlumata görə, “köhlən atlar” fevralın 15-də yola düşəcək.

Fevralın 16-sı yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə saat 21:40) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq. Saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00) isə komandanın açıq məşqi gerçəkləşəcək.

Qeyd edək ki, fevralın 17-də oynanılacaq “Marsel” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Rəylər