
Ötən il dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan 17 qaçaqmalçı qrup zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilib ki, narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tadbirləri nəticəsində dövlət sərhədindən keçirməyə cəhd göstərilərkən 115 halda 3 ton 57 kiloqram 111 qram narkotik maddə və 109,8 min ədəd psixotrop həbə bənzər vasitələr aşkar edilərak götürülüb: “Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan 52 nəfər Azərbaycan və 7 nəfər İran İslam Respublikası vətəndaşı saxlanılaraq istintaqa cəlb edilib”.