Pekin-2022: Ukrayna paralimpiyaçıları yarış vaxtı acı xəbər alıb

Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edən Ukrayna idmançıları Anastasiya Laletina və Dmitri Suyarko ağır xəbər alıb.

“Report”un “USA Today”ə istinadən məlumatına görə, Rusiya qoşunları biatlonçu Laletinanın atasını əsir götürüb. Qadın paralimpiyaçı bu səbəbdən martın 8-də orta məsafəyə yarışa qoşulmayıb.

Laletina açıqlamasında rusiyalı hərbçilərin atasını döydüyünü söyləyib. İdmançı növbəti gün xizəksürmədə çıxış etsə də, mübarizəni erkən dayandırıb.

Paralimpiadada bürünc medala sahib olan biatlonçu Suyarko isə start ərəfəsində Çerniqovdakı evinə mərmi düşdüyünü öyrənib.

Rəylər