Nigeriya – Qana oyunundan sonra həkim ölüb

Nigeriya və Qana milli komandaları arasında keçirilmiş dünya çempionatının seçmə oyunundan sonra həkim Jozef Kabunqo dünyasını dəyişib.

“Report”un məlumatına görə, bu barədə Zambiya Futbol Federasiyası məlumat yayıb.

Federasiya Kabungonun ölümünün səbəbini öyrənmək üçün FIFA-nın hesabatını gözləyəcəyini bildirib.

Qeyd edək ki, Afrika Futbol Konfederasiyası zambiyalı Jozef Kabunqonu görüşə dopinqə nəzarət üçün təyin etmişdi. Nigeriya millisinin azarkeşləri qarşılaşmadan sonra DÇ-2022-yə vəsiqə qazana bilmədikləri üçün iğtişaş törədiblər.

Rəylər