Sergey Lavrov pakistanlı həmkarına Qərbdən şikayət edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə səfəri çərçivəsində pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə görüşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, S.Lavrov Qərbin Ukrayna ilə bağlı planlarından danışıb: “Əfqanıstanı dünya siyasətinin mərkəzinə çevirməyə cəhd edənlər indi onu Ukrayna ilə əvəz etməyə çalışırlar”.

Qeyd edək ki, S.Lavrov Çinin Tunsi şəhərində işgüzar səfərdədir. O, martın 31-də Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin üçüncü konfransında iştirak edəcək.

Rəylər