Səfir: “Azərbaycanda Rusiyanın İKT məhsullarına tələbat var”

“Azərbaycanda Rusiya ilə İKT sahəsi daxil olmaqla əməkdaşlıq üçün əlverişli şərait yaradılıb”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

Səfir Azərbaycanda Rusiyanın İKT məhsullarına tələbat olduğunu deyən səfir vurğulayıb ki, Rusiya neft hasilatı və digər sahələrdə İKT məhsullarını Azərbaycana təklif edə bilər.

Diplomat AZPROMO tərəfindən iki ölkə arasında İKT sahəsində əməkdaşlıq konsepsiyası hazırlandığını, Rusiya şirkətlərinin bundan yararlana biləcəyini diqqətə çatdırıb.

Bununla yanaşı, 2020-ci ildə iki ölkə arasında inovasiya və texnologiya sahəsində əməkdaşlığa dair sənəd imzalandığı, həmin sənəd çərçivəsində texnologiya şirkətləri arasında əməkdaşlıq qurulduğu xatırlanıb.

Rəylər