“Gürcü Arzusu”: “Saakaşvili Ukrayna üçün əlavə baş ağrısı deməkdir”

“Mixeil Saakaşvilinin həbsdən azad edilməsi həm Ukrayna, həm də Gürcüstan üçün əlavə baş ağrısı deməkdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, keçmiş prezident həbsxanadan kənarda hər iki ölkəyə zərər yetirə bilər: “Biz Ukraynanın qayğısına qalmalıyıq, dost ölkəmiz onsuz da çətin durumdadır və vəziyyət gərginləşdirilməməlidir. Saakaşvilinin həbsdə olması daha yaxşıdır”.

Qeyd edək ki, Ukrayna vətəndaşı olan M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.

Rəylər