FAO: “Azərbaycanın rəqəmsal kənd təsərrüfatı sahəsində təcrübəsi çoxdur”

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda rəqəmsal kənd təsərrüfatının inkişaf etdirilməsinə səy göstərəcək.

“Report” xəbər verir ki, bunu FAO baş direktoru Çu Donqyu (Qu Dongyu) bildirib.

“Azərbaycanın da başqa ölkələrlə bölüşməli sahələri var və belə sahələrdən biri də rəqəmsal kənd təsərrüfatıdır. Biz də daha yaxşı gələcək təmin etməkdə ölkənizə dəstək verməyə hazırıq”, o deyib.

Qurum rəhbəri bu gün Prezident İlham Əliyevlə çox konstruktiv görüş keçirildiyini də söyləyib.

Rəylər