Avtomobil kanala aşdı, yaralılar var – Foto

Tovuzda minik avtomobili kanala aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.

Hərəkətdə olan “Khazar” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların kimlikləri dəqiqləşdirilir.

***

Bu gün Tovuzda kanala aşan avtomobildə xəsarət alan şəxslərin kimlikləri məlum olub. Onlar 17 yaşlı yeniyetmələr: sürücü Röyal Tağıyev, sərnişinlər Yaşar Qasımov, Sənan Qarayev və Süleyman Nəbiyevdir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Rəylər