“ABŞ Ukraynada elektrik şəbəkəsini qurmaq üçün variantlar araşdırır” – Ağ Ev

“ABŞ Ukraynaya elektrik şəbəkələrini yenidən qurulmaqda kömək etmək üçün çalışır”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Ağ Ev rəsmisi bildirib.

Məlumata əsasən, ABŞ Ukraynaya enerji sistemlərinin bərpasında, o cümlədən ehtiyat hissələri, yanacaq təminatında yardım etmək variantlarını araşdırır.

Qeyd edək ki, Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna zərbəsindən sonra 1 milyondan çox abonentin elektriki kəsilib.

Rəylər