İmişli “ASAN xidmət”də Zəfər Günü qeyd olundu – Fotolar

İmişli regional “ASAN xidmət” mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.İştirakçılar 44 günlük Vətən müharibəsində qazanılmış zəfərdən söz açıblar. Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi hər zaman diqqət və ehtiramla yad edilir.

Tədbirdə İmişli, Kürdəmir, Sabirabad və Ağcabədi regional “ASAN xidmət” mərkəzlərinin könüllüləri arasında şahmat, dama və peyntbol idman yarışları üzrə Zəfər turniri təşkil olunub, həmçinin “Yaşıl ASAN” layihəsi çərçivəsində ağacəkmə aksiyası baş tutub. Daha sonra ASAN könüllüləri tərəfindən hazırlanmış rəsm şəkilləri, əl işləri və müxtəlif dekorativ qablar sərgilənib. Sərgidə satışdan əldə olunan gəlir “YAŞAT” Fonduna ianə edilib. ASAN könüllülərinin “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə dəstək mesajları ünvanlanıb. Sonda konsert proqramı baş tutub.

 





Rəylər