Şəkidə tarixi abidə ərazisində körpə skeletləri tapıldı

Şəkidə tarixi abidədə aparılan bərpa-quruculuq işləri zamanı körpə skeletləri aşkar edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən Şəki şəhəri Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən və hazırda şəbəkə sexi kimi fəaliyyət göstərən tarixi tikilidə təmir-bərpa işləri aparılarkən skeletlər üzə çıxıb.

Belə ki, Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən işlər zamanı tarixi binanın içindəki beton döşəmə təmir edilərkən 80 sm – 120 sm dərinlikdə skeletlər aşkar edilib. İlkin baxış zamanı skeletlərin körpələrə aid olması və uzun illər əvvəl oraya qoyulması müəyyən edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Rəylər