Ukraynada qəzada ölən DİN rəhbərinin yerinə o gətirildi

Ukraynanın Ali Radası İqor Klimenkonu ölkənin daxili işlər naziri təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ukraynalı deputat Yaroslav Jeleznyak öz teleqram kanalında açıqlayıb.

Bununla yanaşı, Vasiliy Malyuk Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib.

Xatırladaq ki, yanvarın 18-i Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının ərazisində helikopter qəzaya düşüb. Qəzada ölkənin DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin də olmaqla ümumilikdə 18 nəfər həlak olub.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əvvəlki rəhbəri İvan Bakanov 2022-ci ilin iyulunda vəzifəsindən azad edilib. Bu zaman ölkə Prezidenti Volodimir Zelenski Vasiliy Malyuku Təhlükəsizlik Xidmətinin rəhbərinin vəzifələrini icra edən şəxs olaraq təyin edib.

Rəylər