
Türkiyənin Malatya şəhərində 5,6 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.
Ətraf rayonlada da hiss edilən zəlzələ 6,96 kilometr dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
***
AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində bir neçə bina dağılıb.
Məlumata görə, bir ata və qızı qəzalı vəziyyətdə olan binadan əşyalarını götürmək istədikdə bina uçub, ata və qızı dağıntılar altında qalıb.
***
Zəlzələ nəticəsində 1 nəfər həlak olub, daha 69 nəfər isə yaralanıb. 25 binanın uçduğu ehtimal edilir. Hazırda 5 binada axtarış-xilasetmə işləri aparılır.