Kreml Kılıçdaroğluna cavab verdi

“Rusiyanın Türkiyədə keçiriləcək seçkilərə müdaxiləsindən söhbət gedə bilməz”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, bu cür məlumatları yalançılar yayır: “Rusiya Türkiyə ilə olan münasibətlərinə önəm verir. Ankara bir sıra regional və dünyada baş verən problemlərdə məsuliyyətli mövqeyə sahibdir. Rusiya digər ölkələrin daxili işlərinə və seçki prosesinə qarışmır”. 

Qeyd edək ki, Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlu öz sosial şəbəkə hesabında paylaşım edərək, Rusiyanı seçkiyə müdaxilə etməməyə çağırıb.

Rəylər