“Ötən il “SOCAR Türkiyə”nin mənfəəti rekord həddə olub”

“Ötən il mənfəətlilik, aktivlərin səmərəli istifadəsi baxımından “SOCAR Türkiyə”nin rekord ili idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 2022-ci ildə, xüsusilə ilin ikinci yarısından etibarən qlobal olaraq inflyasiya mühiti mövcud idi. Bu da dünyada cərəyan edən geopolitik hadisələr fonunda yaranmışdı: “Bundan əlavə, pandemiyanın təsirlərinin azalmadığı, tam olaraq bitmədiyi il idi. Bütün bunlara baxmayaraq, 2022 – ci ildə biz böyük müvəffəqiyyətlər əldə etdik. Ötən il mənfəətlilik, aktivlərin səmərəli istifadəsi baxımından “SOCAR Türkiyə”nin rekord ili idi. Yəni qurulduğu gündən etibarən 2022-ci il şirkətin ən yüksək nəticələr göstərdiyi il idi”.

E. İbadov qeyd edib ki, burada bazar şərtlərinin səmərəli və qənaətbəxş olması da rol oynayıb: “Bunun bir səbəbi də bizim həmişə “B” planımızın olması idi. Həmişə alternativ vəziyyətlərdən çıxış üçün “B” planımız var və bunu illərdir istifadə edirik. Ötən il o “B” planını istifadə etdiyimiz il oldu. Bu baxımdan olduqca uğurlu il oldu”.

Rəylər