“Hidayət Heydərovun tatamidən kənardakı yaşayış tərzi problemdir”

“73 kq-da Hidayət Heydərov çıxış edirdi. O, hazırda zədəlidir. O, yarımfinala qədər gəldi, amma bu görüşlərin hər birindən öncə ona ağrıkəsici vurulurdu”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu jurnalistlərə açıqlamasında bildirib.

R.Rəsullu qeyd edib ki, indiyə qədər nə Hidayət, nə də Səid Mollayi başını yerə qoyub. Amma bu dəfə elə oldu. Yapon idmançı Hidayətin zədəsini gördü və ordan zəif yerini tutdu. Çünki ayağı zədəli idi. Amma, məsələn, eyni epizod finalda olanda gürcü idmançıya qələbə vermədilər. Hidayətin ən böyük problemi tatamidən kənardakı xarakteridir. Çünki çəkisi çoxdur. Onun üçün dieotoloq tutmuşuq. Hidayət Heydərov rejiminə nəzarət edə bilmir. 80 kq-dan 73-ə düşür və bu ona problem yaradır”.

Rəylər