“Sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik”

“KTMT Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”.

“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib. 

Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyətlə bağlı mütəmadi olaraq danışıqlar aparılır və o bu yaxınlarda Avropada danışıqların növbəti raundunu xatırladıb: “Bu danışıqların sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağına və tərəflərin sərhədlərin delimitasiyasına başlayacağına ümid edirik”.

Rəylər