UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunlarına start verilib.


Moderator.az xəbər verir ki, günün ilk matçında "Bayer Leverkuzen" "Arsenal"la qarşılaşıb.






Görüş qollu heç-heçə ilə başa çatıb - 1:1. Ev sahiblərindən Robert Andrixin qoluna "topçular"ın heyətində Kay Haverts penaltini dəqiq yetirməklə cavab verib.


Tərəfər arasında cavab oyun martın 17-də keçiriləcək.


Qeyd edək ki, "Arsenal" Çempionlar Liqasının cari mövsümündə ilk dəfə meydanı qələbə qazanmadan tərk edir. Buna qədər komanda keçirdiyi bütün görüşlərdə rəqiblərini məğlub etmişdi.