UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarına start verilib.


Moderator.az xəbər verir ki, turun maraqlı görüşlərindən biri İtaliyanın iki təmsilçisi - "Bolonya" və "Roma" komandaları arasında baş tutub.






Matç qollu heç-heçə ilə yekunlaşıb - 1:1. Ev sahiblərindən Federiko Bernarderski, qonaqlaran isə Lorentso Pelleqrini fərqlənib.


Turnirin qalibi olmağa iddialı olan "Lill" (Fransa) və "Aston Villa" (İngiltərə) komandalarının görüşünün taleyini bir qol müəyyənləşdirib - 0:1. Olli Uotkins qonaqlara minimal hesablı qələbə qazandırıb.


Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:


"Panatinaikos" (Yunanıstan) - "Real Betis" (İspaniya) - 1:0;


"Ştutqart" (Almaniya) - "Portu" (Portuqaliya) - 1:2.