Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.


Moderator.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisindəki yaşayış binalarının birində qeydə alınıb.






Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıb.


Onlar dərhal xəstəxanaya çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.