Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.
 




Moderator.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə açıqlamasında bildirib.
 
Ölkə başçısı 17-22 may tarixlərində Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edəcək.