Martın 16-ı saat 10:00-da Tərtərdə 415 abonentin qazı kəsiləcək.


Moderator.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.






Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb "Tərtər 2" ölçü qovşağından qidalanan - Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qarşısından keçən qaz xəttinin şəbəkəyə qoşulmasıdır.


Bildirilib ki, təbii yanacağın verilişi qoşulma işləri başa çatdıqdan sonra bərpa ediləcək.