İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.


Moderator.az APA-ya istinadən xəbər verir ki, Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan Astara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycana təxliyə olunub.






Diplomat jurnalistlərə bildirib ki, ötən il də Azərbaycanda olub:


“Azərbaycan xalqı çox gözəl xalqdır. Ötən ilin iyun ayında da burada olmuşam”.


Bundan əlavə, Azərbaycan və Rusiya vətəndaşları da təhlükəsiz şəkildə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunublar.