Misli Premyer Liqasının XXIV turunun açılış oyununda "İmişli" klubu "Sabah"ı qəbul edib.


Moderator.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş Bakı təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.






"Sabah"ın qollarını 10-cu dəqiqədə Stiv Solvet, 15-ci (p) və 35-ci dəqiqələrdə Coy-Lens Mikels, 49-cu dəqiqədə Kahim Parris, 73-cü dəqiqədə Aleksey İsayev (p) vurublar.


Bununla da "Sabah" xallarının sayını 59-a çatdıraraq liderliyini möhkəmlədib. "İmişli" isə 22 xalla doqquzuncudur.


Qeyd edək ki, günün ikinci matçında "Zirə" klubu "Qarabağ"ı qəbul edəcək.


09:26


Bu gün Misli Premyer Liqasında XXIV turunun növbəti oyunları keçiriləcək.


Moderator.az xəbər verir ki, günün ilk qarşılaşmasında "İmişli" klubu "Sabah"la üz-üzə gələcək.


Quba OİK stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.


Günün digər qarşılaşmasında isə "Zirə" "Qarabağ"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək matç Zirə İdman Kompleksinin stadionunda oynanılacaq.


Qeyd edək ki, "İmişli" 22 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. "Sabah" isə 56 xalla turnir cədvəlinin zirvəsindədir. "Zirə" 39 xalla dördüncü, 49 xala malik "Qarabağ" isə ikincidir.


Misli Premyer Liqası


XXIV tur


14 mart


15:00. "İmişli" - "Sabah"


Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov


VAR: Əliyar Ağayev


AVAR: Zöhrab Abbasov


Hakim-inspektor: Ramil Diniyev


AFFA nümayəndəsi: Kifayət Mustafayeva


Quba OİK stadionu


19:15. "Zirə" - "Qarabağ"


Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Vüqar Həsənli


VAR: Nicat İsmayıllı


AVAR: Emin Əliyev


Hakim-inspektor: Rəhim Həsənov


AFFA nümayəndəsi: Elgiz Abbasov


Zirə İdman Kompleksinin stadionu.