Türkiyə Superliqasının 26-cı turunda "Qalatasaray" doğma meydanda "Başakşəhər"i 3:0 hesabı ilə məğlub edərək ən yaxın izləyicisi ilə xal fərqini 7-yə çatdırıb.


Moderator.az xəbər verir ki, "Qalatasaray"ın qollarını 57-ci dəqiqədə Vilfrid Sinqo, 66-cı dəqiqədə Viktor Osimhen və 86-cı dəqiqədə Renato Nyaqa vurublar.






Sinqo və Nyaqa "sarı-qırmızılı" formada ilk qollarını qeyd ediblər.


"Başakşəhər"in futbolçusu Festi Ebosele 56-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.


Qeyd edək ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk cəza səbəbindən skamyada yer ala bilməyib və komandanı köməkçi məşqçi İrfan Saraloğlu idarə edib.