Zaqatalada fərdi yaşayış evində yanğın hadisəsi baş verib.


Moderator.az xəbər verir ki, hadisə rayonun Qımır kəndində, kənd sakini 1989-cu il təvəllüdlü Mazanov Xoşbəxt Etibar oğluna məxsus yaşayış evində qeydə alınıb.






Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar.


Yanğın zamanı ümumi sahəsi 450 kvadratmetr olan 2 mərtəbəli yaşayış evinin dam örtüyünün 225 kvadratmetr hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Hadisə nəticəsində xəsarət alan olmayıb.


 


(unikal)