Almaniyalı mütəxəssis Hans-Diter Flik İspaniya təmsilçisi "Barselona"da işini davam etdirəcək.


Moderator.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi baş məşqçi ilə müqavilənin müddəti 2028-ci ilin yayınadək uzadacaq.






Artıq tərəflər sözləşmənin şərtlərini razılaşdırıblar.


Klub rəhbərliyi komandanın nəticələrini nəzərə alaraq ona tam etibar edir.


Qeyd edək ki, "Barselona" La Liqada 70 xalla vahid liderdir. Hans-Diter Flik 2024-cü ilin mayından komandaya rəhbərlik edir. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi ilk mövsümdə İspaniya çempionluğunu, ölkə kubokunu və Superkubokunu qazanıb.