Bu gün Misli Premyer Liqasında XXV tura bir oyunla start veriləcək.


Moderator.az xəbər verir ki, turun ilk qarşılaşmasında "Şamaxı" - "Araz-Naxçıvan"ı qəbul edəcək.






Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.


Qeyd edək ki, "Şamaxı" 30 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" isə 36 xalla beşincidir.


Misli Premyer Liqası


XXV tur


18 mart


15:00. "Şamaxı" - "Araz-Naxçıvan"


Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.


VAR: Fərid Hacıyev.


AVAR: Rəhman İmami.


Hakim-inspektor: Anar Salmanov.


AFFA nümayəndəsi: Bəhram Qurbanov.


Şamaxı şəhər stadionu.