Xırdalanda motosiklet yük avtomobilinə çırpılıb.


Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.






1994-cü il təvəllüdlü Ramin Nurəddin oğlu Hüseynov idarə etdiyi motosikleti yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.


Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.