Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qəza olub.


Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə"Opel" markalı avtomobilin aşması nəticəsində baş verib.








Sürücü və 2 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.


Qəza səbəbilə Bakı-Qazax magistralında tıxac yaranıb.


Faktla bağlı araşdırma aparılır.