Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
 




Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
 
Məlumata görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.
 
Çaylarda sululuğun artacağı ehtimal olunur.